AZ

Yaxın Şərqdə hücum planı: 13 dövlət hazırlığa başladı, Türkiyə ilk sırada

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Misir, Türkiyə, İran, Oman, Livan, İordaniya, Qətər, Suriya, İraq, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreyn İsrailin mümkün hərbi addımlarına qarşı kollektiv cavab vermək üçün birgə hərbi ittifaq qurmağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, təşəbbüs İsrailin Qətərdəki HƏMAS üzvlərinə qarşı hücumlarından sonra gündəmə gəlib. Yeni ittifaq regionda təhlükəsizliyi gücləndirmək və hərbi təcavüzə qarşı vahid mövqe nümayiş etdirməyi hədəfləyir.

Qeyd olunur ki, bu planın həyata keçirilməsi üçün iştirakçı ölkələr arasında geniş koordinasiya və qarşılıqlı razılaşma tələb olunacaq. Həmçinin, vurğulanır ki, bu ölkələr mümkün təhlükə anında hücuma keçə bilərlər.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
globalinfo.az

1Mənbələr