AZ

Kamçatka sahillərində 5,9 bal gücündə zəlzələ BAŞ VERDİ

Kamçatka sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb

Rusiyanın Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin regional filialının məlumatına görə, Kamçatka yarımadası yaxınlığında 5,9 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanların episentri Sakit okeanın sahil zonasında, dəniz akvatoriyasında yerləşib.

Hazırda dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur. Rəsmi qurumlar vəziyyəti izlədiklərini və təhlükə yarandığı halda əhaliyə əlavə məlumat veriləcəyini açıqlayıblar.

Kamçatka bölgəsi seysmik cəhətdən aktiv zonada yerləşdiyi üçün burada mütəmadi olaraq müxtəlif gücdə yeraltı təkanlar baş verir.

Seçilən
30
interpress.az

1Mənbələr