AZ

Dünya çempionu karyerasını bitirdi - 31 yaşında

Fransalı mərkəz müdafiəçisi Samuel Umtiti 31 yaşında karyerasını başa vurduğunu açıqlayıb.

2023-cü ildə “Lill”ə keçən 2018-ci il dünya çempionatının qalibi 2024-cü ilin yanvarından meydanda görünmür.

Publika.az xəbər verir ki, Umtiti sosial media hesabında yazıb: “Enişli-yoxuşlu karyeradan sonra vidalaşmağın vaxtıdır… Mən hər şeyi ehtirasla verdim və peşman deyiləm. Birlikdə oynaya bildiyim bütün klublara, prezidentlərə, məşqçilərə və futbolçulara təşəkkür etmək istəyirəm. Və dəstək olan bütün azarkeşlərə təşəkkür edirəm”.

Seçilən
50
1
publika.az

3Mənbələr