AZ

Azərbaycandan çıxıb gedən braziliyalıdan “Neftçi”yə üstüörtülü mesaj - FOTO

Yayda “Neftçi”dən ayrılan Yuri Matiasın bir gözü hələ də “Neftçi”dədir.

Meydanda yol verdiyi səhvlərə görə daim tənqid olunan braziliyalı müdafiəçi sabiq komandasının nəticələrini diqqətdə saxlayır.

Yuri “ağ-qaralar”ın “Sabah”la qolsuz heç-heçə oynamasına biganə qalmayıb.

O, klubun “instagram” səhifəsində matçın yekun nəticəsi ilə bağlı paylaşıma emoji ilə reaksiya verib.

Emojini müxtəlif mənalara yozmaq olar. O, qırıq eynək mənasını verən “smaylik”lə ya “bir gözüm sizdədir”, ya da “nə oldu, bəs, problem məndəydi” mesajını çatdırmaq istəyib.

30 yaşlı futbolçu “Neftçi”dən ayrılandan sonra karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Ajman” klubunda davam etdirir.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
3
sportinfo.az

1Mənbələr