ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransa millisinin sabiq üzvü Samuel Umtiti karyerasını başa vurub.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Lill”dən ayrılan müdafiəçi karyerasını başa vurub.
31 yaşlı müdafiəçi bu barədə özü açıqlama verib.
Umtiti zədələrə görə karyerasını bitirməli olub.
Qeyd edək ki, “Lion”un yetirməsi olan Samuel Umtiti “Barselona” və “Leççe”nin də formasını geyinib. O, Fransa millisində 31 oyunda 4 qol vurub. Futbolçu 2018-ci ildə milli komanda ilə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.