AZ

Mingəçevir Dövlət Universitetinin 4 proqramı beynəlxalq akkreditasiya mərhələsində KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

MDU -nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək. 

KONKRET.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin 4 proqramı beynəlxalq akkreditasiya mərhələsinə qədəm qoyur.

Belə ki, 24media.az-a verilən məlumata əsasən, universitetin “Turizm işinin təşkili”, “Maliyyə”, “Energetika mühəndisliyi” və “İnformasiya texnologiyaları” ixtisasları keyfiyyət göstəricilərinə görə beynəlxalq ekspertlər tərəfindən qiymətləndiriləcək. Saytımız bununla bağlı MDU-nun rektoru Anar Eminovun mövqeyini təqdim edir.

Rektor bildirib ki, bu addım ali təhsil müəssisəsinin tədris prosesini dünya standartlarına uyğunlaşdırmaq və rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır. Akkreditasiya həmçinin tələbələrin beynəlxalq əmək bazarında daha geniş imkanlara sahib olmasına şərait yaradacaq: “Mütəxəssislər proqramların tədris planını, müəllim heyətinin hazırlığını, infrastruktur və elmi fəaliyyətini hərtərəfli təhlil edəcəklər. Prosesin nəticələri universitetin keyfiyyət təminatı sistemini gücləndirəcək. Bu, həm də xarici universitetlərlə əməkdaşlığın genişlənməsinə və tələbə-müəllim mübadiləsinin daha da intensivləşməsinə yol açacaq”.

Beynəlxalq akkreditasiyanın ali məktəbin strateji inkişaf planında xüsusi yer tutduğunu qeyd edən rektorun sözlərinə görə, proqramların uğurla qiymətləndirilməsi MDU-nun beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirəcək:

“Bizim əsas məqsədimiz tələbələrə ən müasir bilik və bacarıqları təqdim etmək, onların həm ölkə daxilində, həm də beynəlxalq əmək bazarında rəqabətqabiliyyətini təmin etməkdir. Bu proses həm universitetin nüfuzunu artıracaq, həm də regionun inkişafına öz töhfəsini verəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
konkret.az

5Mənbələr