Cənubi Koreyada institutlara və müdafiə agentliyinə kiberhücumlar təşkil edilib. Metbuat.az xəbər verir ki, kiberhücumların Şimali Koreya ilə əlaqəsi olduğu iddia edilən haker qrupu tərəfindən təşkil edildiyi iddia edilib. Hücum zamanı süni intellektdən istifadə etdiyi irəli sürülür. Açıqlamada qeyd olunub ki, hakerlər hərbi rəsmilərə şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı kodlardan ibarət elektron məktublar göndəriblər. Qeyd edilib ki, istifadə olunan şəxsiyyət vəsiqəsi şəkilləri süni intellekt modeli tərəfindən yaradılıb. Xəbərdə kiberhücumlar zamanı hansı məlumatların ələ keçirildiyi barədə detallar qeyd edilməyib.