AZ

“Benfika”nın forvardı: “Əsas məqsədimiz qələbədir”

Musavat.com xəbər verir ki, “Benfika” klubunun hücumçusu Vangelis Pavlidis sabahkı Çempionlar Liqası matçı öncəsi açıqlama verib.

O bildirib ki, komandası hər zaman olduğu kimi hücum futbolu nümayiş etdirəcək:

“Komandamız həmişə olduğu kimi hücum futbolu nümayiş etdirəcək və əsas məqsədimiz qələbə qazanmaqdır. Eyni zamanda oyunçularımızın bacarıqlarını da göstərmək istəyirik”.

Qeyd edək ki, “Benfika” sabah Çempionlar Liqasının oyununda “Qarabağ”la qarşılaşacaq. Azərbaycan təmsilçisi artıq qarşıdakı matç üçün Portuqaliyadadır. 

 

Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr