AZ

Qurbanov: "İnanıram ki, futbolçular ən yaxşı oyunlarından birini keçirəcəklər"

Oyuna daha yaxşı hazırlaşmaq istərdik, amma bəzi səbəblərə görə istədiyimiz kimi hazırlaşa bilmədik.

İdman.biz bildirir ki, bu sözləri "Benfika" ilə sabah keçirəcəkləri oyundan qabaqkı mətbuat konransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

"Amma hər bir halda xeyli təcrübəmiz var. İnanıram ki, futbolçular sabah özlərinin ən yaxşı oyunlarından birini oynayacaqlar", - o bildirib.

“Benfika” – “Qarabağ” oyunu sentyabrın 16-da “Estadio da Luz” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.biz

Seçilən
9
2
idman.biz

3Mənbələr