AZ

Yəhudi aktrisa mötəbər səhnədə “Fələstinə azadlıq” şüarı səsləndirdi

ABŞ-nin Los-Anceles şəhərində keçirilən tədbir zamanı diqqətçəkən çıxış edilib. Metbuat.az xəbər verir ki, tədbirdə 77-ci “Emmi” mükafatları təqdim olunub. "Hacks" serialındakı roluna görə "İkinci planda qadın rolu" mükafatını yəhudi aktrisa Hannah Eynbinder qazanıb.Yəhudi aktrisa Hannah Eynbinder çıxışı zamanı “Fələstinə azadlıq” çağırışı səsləndirib. Mükafatını səhnədə qəbul edən Eynbinder ABŞ Prezidenti Donald Trampın siyasətini tənqid edib və çıxışını "Fələstinə azadlıq” sözləri ilə yekunlaşdırıb.

Mükafatını aldıqdan sonra Eynbinder səhnədən kənarda açıqlama verərək, "Yəhudi olaraq yəhudi xalqının İsrail dövlətindən ayrıldığını ifadə etmək mənim borcumdur. Dinimiz və mədəniyyətimiz bu cür etno-millətçi dövlətdən ayrıdır" - deyə bildirib.

Seçilən
10
1
metbuat.az

2Mənbələr