Kamçatka sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqatlar Mərkəzinin Kamçatka bölməsinin mətbuat xidməti məlumat yayıb.
Zəlzələ Petropavlovsk-Kamçatskidən 157 km aralıda, 25,4 km dərinlikdə baş verib.
Qeyd edək ki, son aylarda Kamçatkada tez-tez güclü zəlzələlər olur.