Futbol mütəxəssisi Nunu Eşpiritu Santu, yaxınlarda “Nottingem Forest” klubundan istefaya göndərildikdən sonra, İngiltərə Premyer Liqasında yenidən işə qayıda bilər.
90deqiqe.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin dəvətinə maraq göstərən klub “Vest Hem” komandasıdır. “Moltoboylar” hazırda baş məşqçi Qrem Potterin istefaya göndərilməsini ciddi şəkildə nəzərdən keçirirlər.
Premyer Liqanın dörd turundan sonra “Vest Hem” cəmi 3 xal toplayıb və hazırda turnir cədvəlində 18-ci yeri tutur, yəni təhlükəli zona hüdudundadır. Növbəti matçda London komandası ev stadionunda “Kristal Pelas”la qarşılaşacaq.