Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Fransanın paytaxtı Parisdə pulsuz yeməyin paylanılması zamanı izdiham yaşanıb.
Metbuat.az xəbər verir ki, sosial media fenomeni tərəfindən təşkil edilən tədbir maraqla qarşılanıb. Minlərlə insan tədbirə gəlib. Pulsuz yemək paylanılması zamanı yaşanan izdihamla bağlı yerli dairələr hərəkətə keçib. Əraziyə polislər cəlb edilib. Tədbirə axın edən insanların çoxluğu izdihama səbəb olduğu üçün tədbir ləğv edilib.
Qeyd edək ki, sosial media fenomeni Parisin mərkəzində 1000 qızardılmış toyuğu pulsuz paylayacağını açıqlamışdı.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.