ABŞ-dan nümayəndə heyəti ölkələr arasında imzalanan faydalı qazıntılarla bağlı saziş çərçivəsində potensial hasilat üçün faydalı qazıntı yataqlarının vəziyyətini qiymətləndirmək üçün Ukraynanın Kirovoqrad vilayətinə gəlib.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı naziri Aleksey Sobolevin Feysbuk hesabında yazıb.
Sobolevin sözlərinə görə, hazırda bu yataqlarda titan filizi hasil edilir və gələcəkdə sirkonium filizinin çıxarılması imkanları araşdırılır.
Qurum rəsmisi əlavə edib ki, ərazidə potensial hafnium yatağı var. Bu resurs ilk növbədə nüvə sənayesində və aviasiyada istifadə olunur.