AZ

SON DƏQİQƏ! “Qarabağ”la oyuna bilet tükəndi

UEFA Çempionlar Liqası Liqa mərhələsinin ilk turunda “Qarabağ” səfərdə “Benfika” ilə üz-üzə gələcək. Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək görüşə maraq olduqca yüksəkdir.

Bu günə olan məlumata görə, qarşılaşmaya 60 mindən çox bilet satılıb. Matç saatına qədər bu rəqəm artacaq. Artıq satışdakı biletlərin də tükəndiyi bildirilir. 

Xatırladaq ki, matç “Estadio da Luz” stadionunda keçirələcək. Arena 68 min 100 nəfər azarkeş tutumuna malikdir.

“Benfika” – “Qarabağ” oyunu sabah Bakı vaxtı ilə 23:00-da start götürəcək.

İdmanxeber.az 

Seçilən
16
1
idmanxeber.az

2Mənbələr