“Builki hədəfimiz də yüksəkdir”.
“Araz-Naxçıvan”ın icraçı direktoru Eldəniz Yusifov Sportinfo.az-a açıqlamasında belə deyib.
Klubun aparıcı funksioneri cari mövsümdən gözləntilərinin böyük olduğunu bildirib:
“Ən azı Avropa Liqasına vəsiqə qazanmaq istəyirik. Mükafatlar uğurunda mübarizə aparacağıq.
Buna gansı dərəcədə nail olmağımız gedişatda bilinəcək. Əgər ötən mövsüm Konfrans Liqasına vəsiqə qazanmışıqsa, bu dəfə daha böyük hədəflər niyə olmasın?”.
Muxtar Respublika təmsilçisi Premyer Liqanın ilk dörd həftəsində 10 xal toplayıb. Aktivinə 3 qələbə yazan və 1 heç-heçə edən “ağ-qırmızılar” hazırda turnir cədvəlinin zirvəsində qərarlaşıb.