İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqası liderləri İsrailin BMT-dəki üzvlüyünü dayandırmaq üçün koordinasiyalı səylər göstərməyə çağırış ediblər.
Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
Dohada Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının liderləri Təl-Əvivin planlarına qarşı durmağın zəruriliyini bir daha təsdiqləyiblər.
“İsrailin regionda yeni status-kvonun tətbiqi planlarına qarşı durmaq zərurəti bir daha təsdiqlənir, çünki onlar regional və beynəlxalq sabitlik və təhlükəsizliyə birbaşa təhdid yaradır”, - bəyanatda deyilir.
QAZİLER.AZ