Polşa Dövlət Mühafizə Xidməti bu yaxınlarda hökumət binaları (Parkovaya küçəsi) və Belvedere sarayı üzərində fəaliyyət göstərən pilotsuz uçan aparatı zərərsizləşdirib.Bu barədə Polşanın Baş naziri Donald Tusk "X" sosial şəbəkəsində bildirib.
O həmçinin qeyd edib ki, hadisə ilə bağlı iki Belarus vətəndaşı saxlanılıb, polis hadisənin başvermə şəraitini araşdırır.