AZ

Varşavada dron həyəcanı: hökumət binaları üzərində uçuş zərərsizləşdirildi

Polşanın paytaxtı Varşavada hökumət binalarının üzərində uçan pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

Editor.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk sosial şəbəkə X hesabında məlumat verib.

Tusk bildirib ki, Dövlət Mühafizə Xidməti Parkovaya küçəsi və Belveder sarayı üzərində hərəkətdə olan dronu neytrallaşdırıb. Hadisə ilə bağlı Belarusiyanın iki vətəndaşı saxlanılıb.

Baş nazir əlavə edib ki, məsələ ilə bağlı araşdırma aparılır.

//Samir Qurbanov, Editor.az

Seçilən
12
editor.az

1Mənbələr