AZ

Rus hərbçiləri mülki geyimdə strateji əraziyə soxulub

Musavat.com xəbər verir ki, Donetsk vilayətinin Liman şəhərindən cənub-şərqdə yerləşən Yampol qəsəbəsində rus silahlı bölmələrinin mülki geyimdə göründüyü bildirilib. Bu barədə məlumatı DeepState layihəsi yayıb.

Analitiklərin məlumatına görə, rus hərbçiləri yaşayış evlərindən, zirzəmilərdən və anbarlardan gizlənmək üçün istifadə edirlər. Qəsəbəni tərk etməmiş mülki əhalinin olması isə vəziyyəti daha da çətinləşdirir.

DeepState qeyd edir ki, rus qüvvələri Yampola daxil olmağa nail olublar, bundan sonra Ukrayna Müdafiə Qüvvələrinin bölmələri onların aşkarlanması və zərərsizləşdirilməsi üzrə əməliyyatlara başlayıb.

Analitiklər Yampolun düşmən tərəfindən şərq istiqamətində mövqelərə nəzarət üçün açar nöqtə hesab edildiyini və burada döyüşlərin davam etdiyini vurğulayırlar.

 

Musavatcom

Seçilən
23
musavat.com

1Mənbələr