AZ

Polşa səmasında daha bir PUA vuruldu - Prezident sarayı üzərində uçurmuş...

Polşa Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Varşavada hökumət binaları (Parkovaya küçəsi) və prezident sarayı (Belvedere) üzərində uçan naməlum pilotsuz uçan aparatı (PUA) zərərsizləşdirib.

Publika.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk "X"də yazıb.

"İki Belarus vətəndaşı saxlanılıb. Polis hadisəni araşdırır", - Tusk qeyd edib.

Seçilən
24
3
publika.az

4Mənbələr