AZ

Britaniya NATO-nun şərq cinahına Tayfun qırıcılarını yerləşdirəcək

BAKI, 15 sentyabr. TELEQRAF

Britaniya Hərbi Hava Qüvvələrinə məxsus "Eurofighter Typhoon" qırıcıları NATO-nun şərq cinahının hava məkanını qorumaq üçün “Şərq keşikçiləri” əməliyyatında iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qırıcılar Oksfordşirdəki Brize Nortonda yerləşən Voyager hava tankerlərinin müşayiəti ilə yaxın günlərdə öz missiyalarına başlayacaqlar. Müdafiə Nazirliyi təyyarənin Danimarka, Fransa və Almaniya istehsalı olan təyyarələrlə bərabər uçacağını bildirib.

Sentyabrın 10-da səhər saatlarında Polşa hökuməti ölkənin hava məkanına daxil olan PUA-ların məhv edildiyini açıqlayıb. Həmin gün Varşavanın tələbi ilə PUA insidentilə bağlı NATO müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq məsləhətləşmələr aparılıb. Sentyabrın 12-də NATO-nun baş katibi Mark Rutte "Şərq keşikçiləri" əməliyyatının başlandığını elan edib.

Seçilən
36
teleqraf.com

1Mənbələr