"Qarabağ" sentyabrın 16-sı Çempionlar Liqasının Liqa mərhələsinin I turu üzrə “Benfika” (Portuqaliya) ilə səfərdə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, oyundan əvvəl Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib və matç haqda fikirlərini bölüşüb:

"Belə gözəl şəhərdə və stadionda olmaq bizim üçün çox xoşdur. Oyuna daha yaxşı hazırlaşmaq istərdik. Lakin bəzi səbəblərdən istədiyimiz kimi hazırlaşa bilmədik. İstənilən halda kifayət qədər təcrübəmiz var. İnanıram ki, futbolçularımız sabah çəkinmədən ən yaxşı oyunlarından birini keçirəcəklər. Çünki uzun fasilədən sonra Çempionlar Liqasının əsas mərhələsində çıxış edəcəyik. Bu turnirdə iştirak etmək hər bir oyunçumuzun arzusu idi”.