AZ

"Futbol üçün nə qədər darıxdığımı hiss etdim"

"Turan-Tovuz"un müdafiəçisi Şəhriyar Əliyev Sportinfo.az-a açıqlama verib.

Təcrübəli oyunçu ilk olaraq Premyer Liqanın 4-cü turunda "Qəbələ"ni məğlub etdikləri (1:0) matç barədə danışıb:

"Ağır oyun oldu. "Qəbələ" keçirdiyi görüşlərdə pis çıxış etməmişdi.

"Araz-Naxçıvan" və "Zirə" kimi güclü rəqiblərlə oyunda önə çıxmağı bacarmışdılar. Xüsusilə ilk hissəni yaxşı keçirirdilər.

Boşluq versən, cəzalana bilərsən. Bu dəfə də birinci yarını bizə çətinlik yaşatdılar. Şükürlər olsun ki, yekunda qalib gələn tərəf olduq".

Kapitan uzan aradan sonra yaşıl meydanlara qayıtmasına da toxunub:

"Ötən mövsümün ikinci yarısından oynamırdım. Geri qayıtdığım üçün sevinirəm.

Futbol üçün nə qədər darıxdığımı hiss etdim. Düzdür, meydanda az oldum.

Ancaq çalışdım ki, meydanda olduğum müddətdə komandama kömək edim. Hər ötən gün daha yaxşı olmağa çalışacam".

XANOĞLAN

Seçilən
2
sportinfo.az

1Mənbələr