"Barselona"nın və Fransa yığmasının sabiq müdafiəçisi Samuel Umtiti karyerasını başa vurduğunu açıqlayıb.
Azreform.info xəbər verir ki, bu barədə fransalı futbolçu sosial şəbəkədə hesablarında yazıb.
"Bütün həvəsimi verdim və peşman deyiləm. Bütün klublara, birlikdə çalışdığım bütün prezidentlərə, məşqçilərə və oyunçulara təşəkkür etmək istəyirəm", o vurğulayıb.
Qeyd edək ki, Umtiti sonuncu dəfə 2024-cü ilin yanvarında meydana çıxıb. Bundan sonra o, dizindən ciddi zədə alıb və bir daha oynamayıb.
"Lill"dən ayrıldıqdan sonra müdafiəçi özünə yeni komanda tapa bilməyib.
Umtiti Fransa millisi ilə dünya çempionu olub. O, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Qeyd edək ki, Umtiti "Barselona"da oynadığı vaxtda klubdan Messinin məvacibi qədər maaş istəmişdi. Bu tələbdən sonra oyunçu ilə klub arasında münasibətlər gərginləşmişdi.