"Qarabağ"ın futbolçusu Kadi Borges Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Benfika” (Portuqaliya) - “Qarabağ” oyunundan əvvəl mətbuat konfransına çıxıb. 

Offsideplus.az xəbər verir ki, braziliyalı oyunçu sabahkı görüşə hazırlaşmaq üçün çox vaxtlarının olmadığını söyləyib:

 “Hazırlaşmağa çox vaxtımız olmadı. Ancaq istənilən halda sabahkı matça hazırıq. Çünki belə yarışda iştirak etmək hamımızın arzusu idi. Üç dəfə pley-offda mübarizəni dayandırmışdıq, bu dəfə istəyimizə çatdıq. Çox sevincliyik. Hər il avrokuboklarda güclü komandalarla qarşılaşırıq. Çətin oyunların ab-havasını bilirik. Ümid edirəm ki, ən yaxşı oyunlarımızdan birini keçirəcəyik”.