Netanyahu: “İsrail təcrid olunmağa hazır olmalıdır”
Musavat.com xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ölkənin gələcəkdə təcrid olunma ehtimalına hazırlaşmalı olduğunu bildirib.
O, Ynet-ə açıqlamasında vurğulayıb ki, belə bir vəziyyətdə İsrail iqtisadiyyatda maksimum özünü təmin etməyə əsaslanan avtarkiya rejiminə keçməyə məcbur qala bilər.
Netanyahu qeyd edib ki, bu addım ölkənin təhlükəsizliyini və dayanıqlılığını qorumaq üçün vacib ola bilər.
Musavat.com