ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı Qətərin paytaxtı Dohada Həmas liderlərinə zərbə endirmək niyyəti barədə əvvəlcədən məlumatlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb. Yüksək vəzifəli İsrail rəsmisinin sözlərinə görə, Tramp hələ raketlər buraxılmamışdan əvvəl plan barədə xəbərdar edilib:
“Netanyahu ilə Tramp arasında əvvəlcə siyasi səviyyədə, daha sonra isə hərbi kanallar vasitəsilə müzakirələr aparılıb”.
Mənbələr bildirir ki, əgər Tramp etiraz etsəydi, İsrail əməliyyatı dayandıra bilərdi. Lakin Ağ Evin “bizə əvvəlcədən məlumat verilməyib” açıqlamalarına baxmayaraq İsrail tərəfi əksini iddia edir.
“Amerikalılar şou göstərirlər. Biz onlara hücum barədə məlumat vermişik”, – deyə Axiosun mənbələri vurğulayıb.
Nəşr qeyd edir ki, Vaşinqtonla məsləhətləşmədən ABŞ-ın müttəfiqi olan Qətəri bombalamaq İsrail üçün çox riskli və inanılmaz cəsarətli addım olardı. Xüsusilə də həmin vaxt Həmas rəhbərliyi Trampın Qəzza ilə bağlı sülh təklifini müzakirə etmək üçün Dohada toplaşmışdı.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.