Azərbaycanın U-21 yığmasının üzvü Həsən Nəzərli karyerasını fərqli komandada davam etdirə bilər.
Apasport.az saytına verilən məlumata görə, “Ankaragücü”nə məxsus olan 18 yaşlı futbolçunun xidmətində maraqlı olan klublar var.
Onlar arasında Türkiyə və Belçika 1-ci Liqası, həmçinin Azərbaycan təmsilçiləri var.
Nəzərli karyerasını Avropada davam etdirmək istədiyi üçün legioner həyatı yaşamaq niyyətindədir. Onun Belçika klublarından birinə keçidi də gözlənilir.
2023-cü ildən əsas komandada çıxış edən Həsən bu il “Ankaragücü” ilə peşəkar müqavilə imzalayıb.
I Liqa: III turun oyun cədvəli açıqlanıb
“Sumqayıt” – “Neftçi” matçında söz sahibi o olacaq
Nuri Şahin rəsmən "Başakşəhər"də
Azərbaycanda son 10 mövsümün rekordu
Penalti üçün daha nə lazımdır?: "Neftçi"dən növbəti etiraz - VİDEO