AZ

İrakli Kobaxidze: Gürcüstan Ukrayna ilə dostluq əlaqəsini saxlayır

Tbilisi Ukrayna ilə dost münasibətləri davam etdirir. Gürcüstanın baş naziri İrakli Kobaxidze bu barədə TASS agentliyinə açıqlama verib.

«Biz dost ölkəmizdəki vəziyyəti nəzərə alaraq Ukrayna hakimiyyəti ilə tək tərəfli dostluq rejimini saxlayırıq», — deyə Kobaxidze bildirib.

Baş nazir həmçinin, Ukrayna rəsmilərinin Gürcüstan sərhədində Rusiya qarşısında ikinci cəbhə açılması çağırışlarına münasibətdə Kiyevin Tbilisiyə qarşı sərt mövqeyinə təəssüfünü ifadə edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr