AZ

İlon Mask ilə Misir tanrısı arasında necə bir əlaqə var? Twitter in adı niyə X deyə dəyişdirilib? Araşdırma

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyəli yazar Farah Yurdözü İlon Maskın "Twitter"in adını dəyişməsi ilə bağlı açıqlamasında ad dəyişimini yer üzərində hələ də "Osiris" dininə inananların olduğu ilə izah etmişdi. Yazar qeyd edib ki, bütün tanınmış sənətkarlar, populyar insanlar hər zaman əllərini sinələrində "X" işarəsi formasında tutur. Bu da qədim Misir tanrısı Osirisin simvoludur. Yəni qədim Misir abidələrində də bu simvolu görmək mümkündür. Farah Yurdözü hesab edir ki, hələ də Osiris dininə gizli sitayiş edənlər var və "Twitter"in adının dəyişdirilməsi və "X" olması da, məhz bu dinə sitayişin nümunəsidir.

Bu gün çağdaş dünyada "Osirian" adlı din yoxdur. Əslində bu termin Misir tanrısı Osirisin adı ilə bağlıdır və tək bir dini cərəyan olmayıb. Bəzi tədqiqatçılar Osirian cərəyanının Misirdə itirilmiş Atlantis qitəsindən gəldiyini irəli sürürdülər. Misir mifologiyasına görə, Osiris yeraltı dünyasının hökmdarı, dirilmə və məhsuldarlıq tanrısıdır, eyni zamanda ölülərin hakimi və himayədarıdır. Bəzi nəzəriyyələrə görə, Osirisin təlimləri Misirə Atlantis qitəsindən gətirilib. Amma bu, sadəcə mifdir.

Qeyd edək ki, bu gün Osirian dinini canlı din kimi tanıyan heç bir mütəşəkkil icma yoxdur. Osiris Geb və Nutun oğlu, yeraltı dünyasının hökmdarı, ölməz həyat üçün diriliş tanrısı, yaxşılıq tanrısı, hökmdar, qoruyucu, ölülərin hakimi, qardaşı Setin tam əksi kimi onun sarkofaqının yerləşdiyi Abidosda onun kultunun yarandığı yerdir.

Osirian dini, itirilmiş mifik Atlantida qitəsindən Misirə gətirildiyi iddia edilən "tək tanrılı" dindir. Termini ilk dəfə məşhur Mu alimi Ceyms Çörçvord işlətmişdir.

Osirian dininə görə, ölən şəxs 42 tanrının varlığı olan Osirisin qarşısında çıxar. Ezoterik mənbələrə və simvolizmə görə, bu 42 tanrı Osirian dinində insanın yer üzündə yaşayarkən İlahi qanunlara uyğunluğunun araşdırıldığı “Öldürmə, bir daha ağlama!” kimi 42 qaydanın təcəssümüdür. Əslində dünyada bu dinə sitayiş edənlərin olmadığı iddia edilsə də, inandırıcı deyil.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
icma.az

1Mənbələr