525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Sentyabrın 10-dan 14-ə kimi Bolqarıstanda təşkil olunan "Missis Avropa - 2025" gözəllik müsabiqəsinin qalibi müəyyənləşib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 22-43 yaş aralığında mübarizə aparan gözəllərin yarışında qalib rusiyalı 31 yaşlı Anastasiya Belik seçilib.
Avropa Birliyi ölkələri, Türkiyə, Serbiya, Çernoqoriya və Ukraynanın da təmsilçilərinin qatıldığı "Missis Auropa -2025"də Belik siyasi səbəblərdən Rusiyanı deyil, Uzaq Şərqi təmsil edib.
Yeri gəlmişkən, Nastya ərdədir, 8 yaşlı oğlu var. Bu ilin əvvəllərində Vladivostokun ən gözəl qadını seçilən Belik həm də Rusiyanın ən gözəl ikinci qadınıdır.
Qeyd edək ki, ötən ilki müsabiqənin qalibi də rusiyalı olub. Bu, kazanlı Dinara Salyaxovadır.
L.Tağıyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.