ABŞ hərbi gəmilərinin ölkə sahillərində olması fonunda Venesuela prezidenti Nikolas Maduro Karib hövzəsində sülhə dair beynəlxalq konfransın çağırılmasını təklif edib.
Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
"Mən Latın Amerikası və Karib hövzəsi ölkələrinin bir neçə prezidentinə məktub göndərmişəm. Ümid edirəm ki, siyasət sahəsində, böyük hərfi "P" ilə sülh diplomatiyası sahəsində bu təşəbbüs reallaşacaq və qabaqlayıcı rol oynayacaq", - o deyib.
Çıxışı zamanı Maduro Venesuelanın sülh istədiyini vurğulayıb.
QAZİLER.AZ