ABŞ hakimiyyəti Avropa İttifaqı (Aİ) ölkələrini Rusiyaya qarşı mümkün yeni sanksiyalara qoşulmağa çağırıb.
Editor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Fox News ilə müsahibəsində bildirib.
Qeyd olunur ki, bir sıra Avropa ölkələri rus turistlərin blok ölkələrinə girişini tam qadağan etməyi təklif edib. Avropa diplomatik mənbələrinin məlumatına görə, Rusiyaya qarşı 19-cu sanksiya paketi şengen vizalarının verilməsi qaydalarının sərtləşdirilməsini də əhatə edə bilər.
//Samir Qurbanov, Editor.az