AZ

Ölkədə bir həkimin hazırlığına nə qədər vəsait xərclənir?

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İl ərzində ali məktəbdə bir tələbənin həkim hazırlığına 8 min manat vəsait xərclənir. Mühəndislik və digər ixtisaslarda isə bu rəqəm 2500-3000 manat arasında dəyişir.

Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında deyib.

Nazir qeyd edib ki, göstərilən rəqəmlər dövlət sifarişi əsasında maliyyələşən ixtisaslara aiddir:

“Kadr hazırlığında ucuz və keyfiyyətli formul işləmir. Çox vaxt insanlar düşünürlər ki, az vəsaitlə yüksəksəviyyəli mütəxəssis yetişdirmək mümkündür. Bu, reallığa uyğun deyil. Azərbaycan - Türkiyə Universiteti, Azərbaycan - İtaliya Universiteti, ADA Universiteti kimi ali təhsil müəssisələrində xərclər daha yüksəkdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
14
axar.az

10Mənbələr