ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq əvvəlcə bildirib ki, əgər Çin Rusiyaya dəstəyini dayandırsaydı, Ukraynadakı müharibə “növbəti gün” başa çata bilərdi.
Editor.az xəbər verir ki, bu açıqlamaya Çin Xarici İşlər Nazirliyi reaksiya göstərib. Nazirlik bildirib ki, Çin və Rusiya şirkətləri arasındakı əməkdaşlıq Ümumdünya Ticarət Təşkilatının qaydalarına və bazar prinsiplərinə uyğundur və heç bir üçüncü tərəfə qarşı yönəlməyib.
//Samir Qurbanov, Editor.az