ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Türkiyədə yayımlanan “Kızılcık şerbeti” serialının ssenari müəllifi Merve Göntem saxlanılıb.
Globalinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Merve Göntemin 4 il əvvəl verdiyi müsahibəyə görə saxlanıldığı deyilir.
Müsahibədə Göntem qadınların pul üçün əxlaqsız yollara əl atdığını, bunun ölkədə adiləşdiyini bildirərək normallaşdırıbmış.
Xatırladaq ki, bir neçə gün öncə Türkiyə Radio və Televiziya Şurası “Kızılcık şerbeti”ndə ailənin gəlini (Doğa) ilə kürəkən (Firaz) arasında yaranan eşq macərası səbəbilə serial barəsində araşdırmalara başlanıldığını açıqlamışdı.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.