AZ

Paşinyandan sülh açıqlaması: 2021 ci ildən sonra...

News24 saytına istinadən ain.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə sülh gündəminin təşəbbüskarı olaraq xalqı göstərib. 

News24.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Hərtərəfli Təhlükəsizlik və Davamlılıq – 2025” adlı iki günlük beynəlxalq konfrans çərçivəsində bildirib. 

O, qeyd edib ki, əgər siyasi və intellektual elita arasında sorğu aparılsa, çoxları onun vəzifəsinə qarşı çıxacaq.

Paşinyan bildirib ki, Ermənistanın sabitliyi və hökumətin fəaliyyəti xalqın dəstəyinə əsaslanır və heç bir böyük maliyyə və ya hibrid texnologiya istifadə olunmayıb. O, vurğulayıb ki, xalqın minillik tarixində öz ideyaları olub, lakin onları açıq şəkildə ifadə etmək və siyasətə çevirmək imkanları məhdud idi. İndi isə siyasi elita xalqın iradəsini siyasətə daşıyır.

Baş nazir əlavə edib ki, 2021-ci il seçkilərindən sonra həyata keçirilən siyasət xalqla birbaşa ünsiyyət əsasında formalaşıb.

Aqil

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
news24.az

2Mənbələr