Bursa da yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində Yenişehir Bələdiyyə Başçısı Mehmet Kaya həyatını itirib, həyat yoldaşı və “TIR” sürücüsü yaralanıb.
KONKRET.az xəbər verir ki, qəza axşam saat Yenişehir rayonu ərazisində, Közdərə yolunda baş verib.
Mehmet Kayanın idarə etdiyi avtomobil Yenişehir yolundan Közdərə istiqamətindən çıxarkən dairəvi yolla qarşı tərəfdən gələn O.Y.-nin idarə etdiyi pikapla toqquşub.
Toqquşmanın təsirindən hər iki avtomobil yolun kənarındakı otluq əraziyə çırpılıb. Yan tərəfdə oturan avtomobil aşıb və metal yığınına çevrilib.
Ətrafdakıların xəbərindən sonra hadisə yerinə jandarma, yanğınsöndürmə bölməsi və təcili tibbi yardım briqadaları göndərilib.
Avtomobildə sıxılmış vəziyyətdə qalan keçmiş Yenişehir Bələdiyyə Başçısı Mehmet Kayanın öldüyü, yanında olan həyat yoldaşı Kadriye Kayanın isə yaralı vəziyyətdə xilas edildiyi açıqlanıb.
Yaralanan Kaya və pikap sürücüsü O.Y.-yə ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə Yenişehir Dövlət Xəstəxanasına aparılıb.
Dəniz Pənahova
KONKRET.az