AZ

Sülh sazişinə qarşı çıxanlar: Azərbaycan Parisin əsl üzünü ifşa etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, "Komsomolskaya pravda" nəşrinin oxucularına verdiyi xəbərə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-də Bakı ilə İrəvan arasında razılaşmanı Azərbaycan və Ermənistanın suveren hüququ adlandırıb. Bu barədə S.Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində tələbələr qarşısında çıxışı zamanı bildirib.
"2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmaları Amerika Birləşmiş Ştatlarında yekunlaşdırmaq qərarına gəliblər. Bu bizim qonşularımızın suveren hüquqlarıdır. Lakin baxmaq lazımdır ki, bu razılaşmalar necə işləyəcək", - deyə mənbə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına istinad edib.
"Bu yaxınlarda imzalanmış Ermənistan-Azərbaycan sülh sazişinin ən səs-küylü əleyhdarları Rusiya və İran olub". "The National Interest" jurnalının analitik yazısında bu barədə qeyd olunub. Məqalədə vurğulanır ki, 8 avqustda bütün gözləntilərə zidd olaraq, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh sazişinin imzalanmasına nəzarət edib.
"Bu, Fransa qəzeti "Le Monde"nin "Ermənistanla Azərbaycan arasında sülh hələ də əlçatmaz olaraq qalır" başlıqlı məqaləsindən cəmi bir neçə gün sonra baş verib. "Le Monde" həmin yazıda mümkün sazişi "Ermənistanda ümidsizlik hissindən doğan bir sənəd" adlandırmışdı. Beləliklə, ABŞ özünü Cənubi Qafqazda əsas sülhməramlı qüvvə kimi təqdim edir, Rusiya və İranı arxa plana sıxışdırır ki, bu da Moskvanı narahat edir. Rusiya faktiki olaraq Ermənistan-Azərbaycan sülh sazişini öz maraqlarına uyğunlaşdırmağa cəhd etməkdə günahlandırıb. Əgər sülh labüddürsə, Ermənistanın artıq Rusiyanın mühafizəsinə ehtiyacı yoxdur", - deyə yazıda bildirilir.
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
7
1
oxu.az

2Mənbələr