AZ

Tramp: Venesueladan olan narkokartelin üç üzvü məhv edilib

BAKI, 15 sentyabr. TELEQRAF

Beynəlxalq sularda, ehtimal ki, Venesueladan olan narkokartelin üç üzvü məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Silahlı Qüvvələrimiz ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının məsuliyyət zonasında son dərəcə qəddar narkokartelin üzvlərinə və narkoterrorçulara zərbə endiriblər. Nəticədə üç terrorçu məhv edilib. Zərbə beynəlxalq sularda, Venesueladan olan narkoterrorçuların ABŞ-yə qeyri-qanuni narkotik daşıdığı zaman endirilib", - ABŞ lideri yazıb.

O, narkokartel üzvlərinin ABŞ-nin milli təhlükəsizliyinə, həmçinin ölkənin xarici siyasət maraqlarına təhdid yaratdıqlarını əlavə edib.

Seçilən
50
teleqraf.com

1Mənbələr