AZ

Bundesliqada istefa

Münhenqladbax “Borussiya”sı Xerardo Seoanenin baş məşqçi postundan qovulduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə klub öz saytında məlumat yayıb .İdman direktoru Roland Virkus bildirib ki, rəhbərlik çempionata uğursuz başlamağı təhlil edib və bu gün dəyişikliklərə ehtiyac olduğu qənaətinə gəlib.

Mütəxəssis 2023-cü ilin yayında “Borussya”ya rəhbərlik edib – o vaxtdan bəri komanda bütün turnirlərdə 78 oyun keçirib, 25 qələbə qazanıb, 33 məğlubiyyət və 20 heç-heçə edib.

Seçilən
35
publika.az

1Mənbələr