Bakı. Trend:
Azərbaycan hökuməti 2026-cı ildə ölkədə 134,1 milyard manatlıqümumi daxili məhsul (ÜDM) istehsal olunacağını proqnozlaşdırır.
Trend bu barədəMaliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunun 101,7 milyard manatlıq hissəsininqeyri-neft-qaz sektorunun payına düşəcəyi gözlənilir.
Beləliklə, gələn il ölkədə iqtisadi artımın 3,2%, o cümlədənqeyri-neft-qaz sektorunda 8,8% təşkil edəcəyiproqnozlaşdırılır.
Azərbaycan hökumətinin ötən ay yenilədiyi iqtisadi artımproqnozlarına görə, bu il ölkədə 129,9 milyard manatlıq, o cümlədənqeyri-neft-qaz sektorunda 93,5 milyard manatlıq ÜDM istehsalolunmalıdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilinyanvar-avqust aylarında Azərbaycanda ötən ilin eyni dövrü iləmüqayisədə 1% çox ümumi daxili məhsul istehsal (83 milyard 37,8milyon manatllıq) olunub.