Ölkəmizdə “Üzüm və şərab” festivalı keçirilib. Şamaxı Rayon İcra Hakimiyyətinin, Abqora restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Meysəri kəndində baş tutan tədbir iki gün davam edib.
Doğru.az xəbər verir ki, möhtəşəm festivalın bağlanışında Xalq artisti Tünzalə Ağayeva səhnəyə çıxaraq pərəstişkarlarına unudulmaz anlar yaşadıb. Soyuq və yağmurlu havaya baxmayaraq sənətçinin çıxışı böyük maraqla qarşılanıb. Hitlərini ifa edən Tünzalə Ağayeva tamaşaçıların isti münasibəti ilə qarşılaşıb, pərəstişkarları isə mahnılarını bir ağızdan səsləndiriblər.
Xalq artisti səhnədən enərək tamaşaçılarla ünsiyyət qurub, səmimiyyəti ilə diqqət çəkib. O, həm də fərqli tərzdə seçilən kovboy üslublu geyimi ilə böyük maraq doğurub. Geyimin müəllifi tanınmış dizayner Lali Rüstəmova, styling isə sənətçinin şəxsi stilisti Şamxal Ramazanlıya məxsusdur. Pop ulduzun saç və makiyajını Sabir Bağırov edib.
Səhnədə Tünzalə Ağayevanı “Tünzalə dance group” müşayiət edib.
DOĞRU.AZ