AZ

Tramp: Avropa Rusiya neftini almağı dayandırmalıdır

BAKI, 16 sentyabr. TELEQRAF

Avropa ölkələri Rusiya neftinin alışını dayandırmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya səfəri ərəfəsində jurnalistlər qarşısında çıxışı zamanı bəyan edib.

Ağ Ev rəhbəri Avropa tərəfindən tətbiq edilən anti-Rusiya sanksiyalarının kifayət qədər sərt olmadığını bildirib. Buna misal olaraq o, avropalıların Rusiyadan enerjidaşıyıcılar almağı dayandırmadıqlarını göstərib.

Tramp Vaşinqtonun Avropa müttəfiqlərini Rusiya neftindən imtina etməyə çağırıb.

Seçilən
16
teleqraf.com

1Mənbələr