AZ

Sensasion iddia: Amorim MY-dən ayrılır, bu kluba gedir

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim vətəni Portuqaliyaya qayıda bilər.

Publika.az xəbər verir ki, “Goal”ın məlumatına görə, “Benfika”nın prezidenti posuna namizəd Joao Lopes və Lissabon klubunun vitse-prezidentliyinə namizəd, Amorimin yaxın dostu olan Nuno Qomes bazar günü Premyer Liqanın 4-cü turunun “Mançester Siti” ilə oyununda (0:3) stadionda olublar.

Amorimin mümkün təyinatı ilə bağlı suala Qomeş belə cavab verib: “Ruben Amorim “Mançester Yunayted”in baş məşqçisidir, bu suala cavab verə bilmərəm. Bir şeyi dəqiq bilirəm ki, Ruben Amorim bir gün “Benfika”nın baş məşqçisi olacaq. Joao Lopes artıq son illərdə “Benfikanı” daha da gücləndirə biləcəyini göstərdi”.

Seçilən
19
publika.az

1Mənbələr