AZ

Azərbaycanda əlavə dəyər vergisi üzrə proqnoz 10 % dən çox artırılır

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 9 milyard 184,8 milyon manatının və yaxud 23,9 %-nin əlavə dəyər vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,3 % çoxdur.

Əlavə dəyər vergisi üzrə daxilolmaların 4 milyard 434,8 milyon manatını və yaxud 48,3 %-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 4 milyard 750 milyon manatını və yaxud 51,7%-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 18 % az və 4 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
2
oxu.az

2Mənbələr