AZ

Vindzor qəsrinin həyətində onların pankartını açdılar Foto

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Böyük Britaniyada, Vindzor qəsri yaxınlığında bir qrup fəal azyaşlıların alverində və cinsi istismarda ittiham olunan maliyyəçi Cefri Epşteyn və ABŞ Prezidenti Donald Trampın fotoşəkili olan nəhəng pankart açıblar.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Mirror” nəşri yazır.

“Böyük Britaniyada yerləşən “Hamı Elona nifrət edir” hərəkatı 400 kvadratmetrlik şəklin surətini çıxarıb və “Trampın Böyük Britaniyaya səfərini ləğv etmək” məqsədilə kral iqamətgahının yaxınlığında yerləşdirib”, - yazıda deyilir.

Etirazçıların fikrincə, Trampın kral qalasına səfəri Amerika liderinin Epşteyn işi ilə əlaqələri ətrafında vəziyyəti yumşaltmaq məqsədi ilə təşkil edilir.

Qeyd olunur ki, Cefri Epşteyn 2002-2005-ci illər arasında Manhettendəki iqamətgahına və onlarla yeniyetmə qızın şəxsi adaya səfərlərini təşkil etməkdə ittiham olunurdu. Müstəntiqlər dəvət edilən qızların ən kiçiyinin 14 yaşında olduğunu müəyyən ediblər. 2019-cu ilin avqustunda C. Epşteyn həbsxana kamerasında yarı huşsuz vəziyyətdə tapılıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu gün ABŞ liderinin Böyük Britaniyaya səfəri planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
qafqazinfo.az

1Mənbələr