AZ

Tramp antifaşist hərəkatını terror təşkilatı kimi tanımaq niyyətindədir

ABŞ prezidenti Donald Tramp ABŞ antifaşist hərəkatını terror təşkilatı kimi tanımaq imkanını nəzərdən keçirir.

APA xəbər verir ki, o, sentyabrın 15-də Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bu məsələyə toxunub.

“Antifa” hərəkatının terror təşkilatı kimi tanınmasının mümkünlüyü ilə bağlı sualı cavablandıran Tramp, “Burada olanların razılığını alsaydım, bunu edərdim” – deyib.

O qeyd edib ki, bu məsələ ilə bağlı ilk növbədə ədliyyə naziri, ABŞ-ın baş prokuroru Pam Bondinin fikrini dinləyəcək.

Seçilən
4
1
apa.az

2Mənbələr