AZ

Məhkəmə Trampın FES üzvünü vəzifədən uzaqlaşdırmaq cəhdinin qarşısını alıb

ABŞ-da Apellyasiya Məhkəməsi prezident Donald Trampın ABŞ Federal Ehtiyat Sisteminin (FES) İdarə Heyətinin Liza Kukun vəzifəsindən uzaqlaşdırılması tələbini rədd edib.

APA xəbər verir ki, məhkəmə, FES üzvlərinin yalnız haqlı səbəbə görə çıxarıla biləcəyini vurğulayaraq, Kukun vəzifədən çıxarılmadan əvvəl məlumatlandırılmaq və müdafiə olunmaq hüququna malik olduğunu bildirib.

ABŞ mediası Tramp administrasiyasının qərardan Ali Məhkəməyə şikayət edəcəyinin gözlənildiyini yazır.

Qeyd edək ki, avqustun 25-də Tramp FES üzvü Kuku ipoteka müqavilələrində yalan ifadələr verdiyi üçün vəzifəsindən azad etdiyini açıqlayıb.

Kuk isə Trampın onu vəzifədən uzaqlaşdırmaq cəhdinin qarşısını almaq üçün məhkəməyə müraciət edib.

Seçilən
10
3
apa.az

4Mənbələr